
Ernest Heminquey öz ədəbi nəsli, özündən əvvəl və sonrakı yazıçılar arasında ən rəngarəng həyat yaşayan yazıçılardan biridi. İspan Vətəndaş Müharibəsi və II Dünya Müharibəsində olub. I Dünya Müharibəsində İtaliyada Qırmızı Xaç Təşkilatının təcili tibbi yardım maşınını sürüb, ayağından yaralanıb. Bütün bunlar onun əsərlərində öz əksini tapıb. Yazıçı ədəbiyyat dünyasının ən yaxşı 2 mükafatına - Pulitzer və Nobel mükafatlarına layiq görülüb.
Paris, Ki-Uest, Kuba, Toronto, Çikaqo və digər yerlərdə yaşayan Heminquey Afrikada yaşadığı vaxtlarda iki dəfə təyyarə qəzasından sağ çıxıb. 4 dəfə evlənib.
Yazıçı haqqında başqa maraqlı faktlar da mövcuddur:
1. Heminqueylə J.D.Selincer II Dünya Müharibəsində görüşüblər. Selincer 12-ci Piyada Alayında vuruşurmuş.
2. Yazıçının Paris həyatı ilə bağlı "Həmişə səninlə olan bayram" adlı хatirələr kitabı 20-ci illərdə yazılsa da, 1964-cü ildə çap olunub.
3. II Dünya müharibəsində müxbir kimi çalışanda cəsurluğuna görə Bürünc Ulduz mükafatı ilə təltif olunub.
4. Yazıçının bacısı, qardaşı, həmçinin atası da həyatını intiharla yekunlaşdırıb.
5. Yazıçının bioqrafiyasını yazan Kennet Linin yazdığına görə, Heminquey gün ərzində əsasən 2-3 şüşə likor, yemək vaxtı isə şərab içərmiş.
6. Əla ovçuluq qabiliyyəti varmış. Bir dəfə gün ərzində 400 dovşan ovlayıb. Gün ərzində 2 minə yaxın balıq ovlayan yazıçı təvazökarlıqla: “Balıqçılıq mənim üçün əyləncədir”, - deyib. Ovçuluğun ona öyrətdiyi yaxşı bir dərs var idi: “Əgər heyvan öldürmək istəyin yoxdursa, onu yemək haqqın da yoxdur”.
7. Anası 4 yaşına qədər Heminqueyi qız kimi geyindirir, uzun saçlarını hörür, onu evciklə, kuklalarla oynamağa məcbur edərmiş.
8. Heminqeuy üç müharibədə iştirak etsə də, heç vaxt əsgər olmayıb. Buna onun gözünün zəifliyi mane olub.
9. Yazıçının nəvəsi 24 yaşlı Dri Heminquey hazırda model kimi fəaliyyət göstərir. Ancaq Dri müsahibəsində babasının əsərlərini çox cansıxıcı hesab etdiyini və üstünlüyü “Harry Potter” kitablarına verdiyini deyib.
10. Heminquey ailənin ilk nəvəsi olduğuna görə ona babasının adını veriblər. Ancaq Ernest adı Oskar Uayldın “Ciddi olmaq necə də vacibdir” əsərindəki sadəlövh, hətta axmaq qəhrəmanın adından götürüldüyü üçün yazıçı adını heç sevməzmiş
0 yorum:
Yorum Gönder