17 Nisan 2016 Pazar

Xanaan torpağına geler yene ,qem yeme,
Daxmamiz gülüstana döner,qem yeme
Daşqınlar hemle etse yerdeki canlilara ,
Müdrik Nuh beledçise,nicat verer,qem yeme....
Xalid Hüseyniden oxuduğum ikinci gözel kitab...
Hadiseler  sözlerle canlandırılmasi ,kitabın axılığı kitabı dahada maraqlı edir.
Ve yene bir fedakar qadin....Meryem ve kül olmuş heyatı
Yer üzünde yaradılmış en mükemmel yaradılış mence qadin,qadın ezimliyi ,fedakarlığı,sevgisi bütün bunlar qadinda cemlenib, bezen olur ki qadını sözle tesvir etmek canlandırmaq cox çetin olur.
Reşid kimi cox müselman kişisi qadını gücsüz bilib hemşe qadını ,tehqir edir ,istifade edir ,qul bilir...
Xüsüsende müselman aleminde kişinin qadından üstün olması düşüncesi ,qadın yaradılışını tapdalamış...
Kitab heqiqetleri tam açıqliğı ile tesvir etmiş..
Günü bu günde, her il 120 min qadın ve qızlar Qerbi Avropa ölekelerine satılır.Efqanıstanda qiz bazarının olmasi ,10-15 yaş arası qizların satılması...
Ereb şeyxlarinin heremxanalarında öz bioloji isdekleriycun  saxladiığları qadınlar ,İranda siğe anlayışı ,Azerbaycanda dindar ailelerin qizlarini 15 yaşında ere vermesi...
Bütün bunlar bir iyrenclik ....
Dindarlar Allahı böyük sayir Qurani müqeddess kitab hesab edir ama emellerinde en alçaq hereketleri edirler...
CENNET ANALARIN AYAĞI ALTINDA DİR  deyir din ama din admaları geleceyin analarin öz yatağinin vasitesi bilir  ,yada öz adına göre qizinin heyatını mehv edır....
Qizları oxutmaq evezine kiçik yaşlarından başlarina mecbur ortük bağlayıb ,evlenmelcün hazırlayırlar birinci qizların uşaqliq heyatlarin sonra bütün heyatların mehv edirler......
Sadece iyrenclikdi ..........

14 Nisan 2016 Perşembe

"İnsanların coxu küleye tuş gelmiş yarpağa benzeyir,havada fırlanıb aramla yere düşürler.Yalnız Az sayda adam heç bir külekdenn çekinmeyen ulduz tek yolundan dönmür:onların qanunları özlerinde eks olunub"
Kitab qedim hind felsefesinden Buddanın felsefesinden behs edir.Siddhartha Buddanın esil adı olub...
Kitabda insanın ali ruha sahib olmağından hemçinin tebietin her bir cismi danış nelerse deymeyinden behs edir.Eslinde ne dünen nede gelcek yox sadece bu an var ve bu anın müqeddesliyinden behs edir .Kitabı oxuduqca ruhumun  nece rahatiıq tapdığının şahidi oldum.Ve birdaha şahidi oldum ki bir şeyi davamlı isdesek ,isdeyimiz nece olursa olsun real olacaq .Mende coxdan isteyirdim Budda felsefesine aid kitab oxuyum ama tapa bilmirdim qarşıma cıxmırdı ama bir gün göziemediyim anda bu kitabı oxumaga başladım,"Heyat saf qelble isdediyimiz şeylerden ibaret mence " :)

10 Nisan 2016 Pazar

Kitab hem tarixi ,hem de pisxoloji baxımdan gözel kitab.
Tarixi faktlarla hökümdarların öz taxtlarına sahib cıxmaları ,yada şan şöhretlerin itirmeklerinden...
Pisxolojı baxımdan ise ,hökümdarların öz taxt tacını qorumasıyçün  ehaliyle etrafı ile nece davranmalıdır...
Ümumi götürsek insan davranışlarını öyrenmeye,tarixi faktlara marağı olanlarçün ela kitabdı

7 Nisan 2016 Perşembe

İki bir -birin seven genc...
Suzan ve Flip,daim birlikde olacaqlarina söz verselerde sonralar Suzan kendlerdeki yoxsullara  yardımcun teşkilat vasitesi ile Hondras a getmiş ,Flipse öz tehsilini davam etdiridi.
Aralarında mektubla elaqe saxiayıb bir birine olan hesretlerine belece teselli verirdiler.
Sonralar münasibetin korlanması ,Flipin Mariya adlı qadınla aile qurması beiece heyatına davam etmesi...
Bir gün Flip ailesinde gözlenilmez qonaq olan Liza adlı qızın peyde olması (Suzanın atasının kim oldugunu biimediyi qizi)......
FLip ve Mariya Lizanı oz qızları kimi bilib himayeye götürmesi,düzdü Mariyaya bunu qebullanmaq cetin oldu ilk başlarda ama sonalar Lizanı öz qızı kimi sevmeyw başladı..
Kitab sevgi movzusunda yazılıb ,ortalarda kitab mene serialları xatırlatdı ama sonrada maraqlı davamı oldu ,Maraqlıdı Niya Yazarlar Hemşe yaxşı qadın obrazına Mariya adın verırler?cünki oxuduğum kitabiarın coxunda yaxşı qadın obrazları Marıya adındadır.....

23 Mart 2016 Çarşamba

Hayatınızı ona bağlarsınız ve gerıye kalan her şey önemini kaybeder...
Sarah Jio-oxuduğum 2-ci kitab ,
Ve yenede möhteşem :)
Kitabda Kailey öz heyatını ,yaşadığı sevgiden danışır.
Kailey bir zamanlar Cade adlı bir oğlanla tanış olur ,onu sevmeye başlayır.Cade de hemçinin onu Kaileyin sevdiyi kimi sevirdi.
1998 avqust ayında Cade gözlenilmeden yoxa cıxır.Kailey terk edildiyini düşünür.Amma Cade nin yasın saxlayır.
Uzun zaman sonra Kaileyin heyatında Rayn adlı birisi olur...
Rayn-nın sevgisi Kaileyi heyata bağlanmağa kömek olur..,Toy hazırlıqları  başalyır ,amma sonra olanlar her şeyi deyişdirir.
Kailey ın Cadenı küçede bır evsız şekilinde görmesinden sonra.....
Bundan sonra artıq Kailey bütün suallara cavab tapmağa başlayır ,her şey aydınlaşır..
Kitabda Rayn obrazı cox xoşma geldi sevgisinde qürüra yol vermeyen daim seven ,heç bir qarşıloq gözlemeden sadece sevgisiyçun var olan bir obraz :)
Kitabı oxuduqdan sonra sevginin insani neier etmeye vadar etdini anlayır insan ..
Sevdiyi üçün neler etmeye qadirdi insan..
Sevgı insana Yaxşı emellerin sebebkarı hemde agla gelmeyen şeylerı etdirer :)

19 Mart 2016 Cumartesi

DOSTOYEVSKI-nin 2 - ci kitabin oxuyuram .
Dostoyevski ictimai movzularda milletin problemlerinden dolgunca yazir ve sozlerle tesvir edir...
Bu Qumarbaz romani da qumarin insan heyatini mehv etmeyinden pul hersliyinin nece iyrenc bir şey oldugunu anladir.
KITABIN baş qehramani Aleksey İvanoviç pul herisi olan  Polinani sevdiyi halda ,onun sevgisini pulla alacagini ,pulun sevgiden ön sirada  oldugunu düşünür.
Ve Ruletka oynuna öyreşir ,gah pulu udur gah uduzur ,yeni udduqca şirnikleşir daha cox udsun deye udduqlarinda yenide qumara qoyur ama uduzur....

Rus müəllim  ivanoviç yalnız aristokrat və varlı inglis mister Astley ilə dostluq edir,
Astley ve Ivanoviç Polinani sevirler yeni iki dost bir qizi isdeyir ��

ASTLEY Ivanoviçe cox komek olur ,ele sonlarda da   25 yaşlı Muellimin pulu qalmayanda  ona komeklik edib yeniden heyatini qurmasını tövsiye edir.Yeni esl dost kimi davranir....

Fyodor-un 2 ci kitabidi dediyim kimi ,Alcaldilmiş Tehqir edilmiş insanlar kitabi cox sevmişdim ama bu kitabin movzusu xoşma gelsede qarşq yazılmış...  ��

18 Mart 2016 Cuma

Tedqiqatci Dronqo Nikolay Yevgeniyevicin Qetlin araşdirir Dmitri Romanoviçin isteyiyle ,
Hadiselerin gedisinde bir cox insandan şubhelendim oxudugum zaman ama orta sehvelerinde her sey tam belli oldu.
Kitab dedektiv movzusunda oldugundan coxda yazmaq isdemrem haqqinda ama oxudugum dedektiv kitablari icinde en tesrlisi idi....
Insan ailesine gore oz canin qurban verecek qeder olur bezen...��☺

17 Mart 2016 Perşembe

1. Heydər Hüseynov - “XIX əsr Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən” fəlsəfi monoqrafiyası
Azərbaycan fəlsəfə elmində XX əsrdə ilk dəfə fundamental və sistemli araşdırmalar aparan Heydər Hüseynov fəaliyyəti boyunca bir sıra məsul vəzifələrdə çalışıb, iki dəfə də Stalin mükafatına layiq görülüb. Lakin alimin 40-cı illərin sonunda yazdığı və yaradıcılığının şah əsəri sayılan “XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası hətta onun ölümünə səbəb olub. Sovet rəhbərliyi əsərdə Şeyx Şamil hərəkatının dəstəkləndiyi və bunun da millətçilik amilinin qabardılmasına səbəb olduğu üçün alimi olmazın dərəcədə təhqir edir və ona verilmiş Stalin mükafatını geri alır. Mənəvi böhrana dözə bilməyən H.Hüseynov Mərdəkandakı bağ evində özünü asaraq intihar edib.
2. Mirzə Kazım bəy - “Müridizm və Şamil”
Azərbaycanın çağdaş şərqşünaslıq elminin banisi, Qərb və Şərq əlaqələrinin inkişafında misilsiz xidmətləri olan Mirzə Kazım bəy Avropa universitetlərində Azərbaycanı ən yaxşı təmsil edən alim olub. İlk dəfə xristianlığı qəbul edərək insanlara dini tolerantlığı və demokratik ideyaları təlqin edən Kazım bəy bəzi əsərlərində ustalıqla qadağan olunmuş məsələləri qabarda bilib. Yazdığı iki şah əsər “Bab və Babilik” və “Müridizm və Şamil” əsəri onu danlaq obyektinə çevirib. Burada dini amillərin qabardılması və müstəmləkə rejimində yaşayan xalqların azadlığa səslənməsi rejimi qətiyyən qane edə bilməzdi. Beləliklə, kitabları Qərbdə dərs vəsaiti olan Mirzə Kazım bəyin əsəri sovet dövründə vətənində qadağan edilib.
3. İsa Muğanna - “Yanar ürək” povesti
60-cı illər nəslinin ən güclü nümayəndəsi sayılan İsa Muğanna (Hüseynov) “Yanar ürək” povesti ilə o dövr ədəbiyyatında inqilab etmişdi. Lirik-psixoloji metodlarla kəskin realizmin sintezini böyük ustalıqla yaradan ədib bu əsərdə qadağan edilmiş mövzuları “qadağan edilmiş tərzdə” işıqlandırdığı üçün xeyli təqiblərə məruz qalır. Yalnız o vaxt Mərkəzi Komitənin katibi Heydər Əliyevin işə müdaxiləsindən sonra yazar DTK təqiblərindən xilas olunur və şəxsi həyatının təhlükəsizliyinə zəmanət verilir.
4. Bəxtiyar Vahabzadə - “Gülüstan poeması”
Poemada Cənub nisgilinin, azadlıq ideyalarının, vətən sevgisinin açıq-aşkar təsviri, qadağan olunmuş siyasi motivlərin nümayişi şairi uzun müddət təqiblərlə üz-üzə qoyub. Əsər yalnız hissələrlə “Şəki fəhləsi” qəzetində çap olunub.
5. Eldar Baxış - “Ölüsüylə ərəbcə, dirisiylə rusca” kitabı
Bu kitab o birilərindən nisbətən müasir çalarları ilə fərqlənir. 90-cı illərin siyasi reallıqları burada satira və yumorun diliylə oxuculara təqdim olunub. Təsirli və tənqidi siyasi motivləri və real həyat lətifələrinə görə kitab tam olaraq qadağan edilib.

16 Mart 2016 Çarşamba

Robin SHarma -Ferrarisini Satmış Rahib :)

14 Mart 2016 Pazartesi

LİESEL:HIC anlamıyorum ,bu kadar yalnış ne yaptı? Max:İnsanlara insanlıqlarını hatırlatdı...

10 Mart 2016 Perşembe

Bu vaxta qeder oxudum kıtablar ıçınde sirlerle bol olan kitab...

7 Mart 2016 Pazartesi

6 Mart 2016 Pazar

1 Mart 2016 Salı

BU top 10 luq içərisində sevdiyinizi yazarsiz :)

29 Şubat 2016 Pazartesi

Aşağıda Osho hayatının özeti yani kısaca hayatı hakkında bilgi vermeye çalışacağız. Osho biyografisi, özgeçmişi şöyle başlamaktadır. 

Dünyada ən cox oxunan bu kitablarla ilk dəfədir taniş oluram

28 Şubat 2016 Pazar


Ernest Heminquey öz ədəbi nəsli, özündən əvvəl və sonrakı yazıçılar arasında ən rəngarəng həyat yaşayan yazıçılardan biridi. İspan Vətəndaş Müharibəsi və II Dünya Müharibəsində olub. I Dünya Müharibəsində İtaliyada Qırmızı Xaç Təşkilatının təcili tibbi yardım maşınını sürüb, ayağından yaralanıb. Bütün bunlar onun əsərlərində öz əksini tapıb. Yazıçı ədəbiyyat dünyasının ən yaxşı 2 mükafatına - Pulitzer və Nobel mükafatlarına layiq görülüb.

26 Şubat 2016 Cuma

 Dünyada yazıçı çoxdur və bu yazıçılar bir çox gözəl əsərlər yazmışlar. Bu, çox əhəmiyyətlidir, lakin yazıçıların şəxsiyyətləri də çox önəmlidir. Tolstoyun həyatı və şəxsiyyətiylə əlaqədar çox böyük məlumatımız yoxdur və bu məlumatları onun əsərlərindən almağa çalışırıq. 
   Tolstoy ailəsinə və xüsusilə babalarına çox bağlı idi. Və əsərlərindəki xarakterlər də onlardan qaynaqlanır. O, 2 yaşında olarkən anası, 10 yaşında olarkən isə atası və ata nənəsi ölür. Yetimlik, Tolstoyun həyatında dərin izlər buraxır.
   Tolstoy ailəsində fərqli və maraqlı şəxsiyyətlər vardı. I Pyotra çox yaxın olan babası, Pyotr tərəfindən 1697-ci ildə Avropaya göndərilir. Hollandiya, Almaniya və İtaliyaya gedir. 
Məqsəd buralardakı yenilikləri görüb bunları Rusiyaya gətirmək idi. Babası dünya görmüş bir adam idi, amma ruhu hələ gənc idi.  Bu dövrdə - 60 yaşındaykən gedir Avropaya. İtalyanca və Latınca da çox yaxşı öyrənir. Çox qabiliyyətli və ağıllı bir insan imiş. I Pyotr baba Tolstoy üçün deyir: "Ağlı və bacarığı mükəmməldir, buna görə dişləyə bilər. Bunun üçün hər zaman əlimin altında daş saxlamalıyam ki, dişləmək istəyəndə başını əzə bilim" Baba Tolstoy ilk dəfə səfir olaraq Osmanlıya göndərilir və ağlı sayəsində sarayla möhkəm bağlar yaradır. Rusiya üçün çox çalışır və bu işlərin sonunda ölkəsinə qayıtmaq istəyir. Lakin I Pyotr bunu qəbul etmir. Osmanlı-Rus münasibətlərinin soyuqlaşdığı bir dövrdə baba Tolstoy iki il Türkiyədə Yedikule zindanlarında həbsdə qalır və Osmanlıyla Çar Rusiyası anlaşınca azad edilir. Verilən bütün vəzifələri yerinə yetirən baba, Çar tərəfindən "Qraf" adlandırılaraq şərəfləndirilir. Pyotr öldükdən sonra həbs edilir və həbsdə ölür.
   Lev, doğulduğu yeri çox sevir və həyatının böyük hissəsini orada keçirirdi. Yasnaya Polyanadakı bu torpaqlar ana tərəfindən keçir Levə.
   Ana babası müharibədəykən, nənəsi bir gecə yuxu görür. Bir mələk ona bir ikona uzadır və “bunu mütləq ərinə ver”, deyir. Qadın səhər oyanır və cəbhəyə gedir. Ərinə həmin ikonanı çatdırır. Sinəsində daşıdığı ikona, bir güllənin babasının sinəsini deşib keçməsinə mane olur.
   Levin anası da bu şəhərdə doğulub. Babası (Nikolay Sergeyeviç) qızının təhsilli bir insan olmasını istədiyindən o,riyaziyyat, iqtisadiyyat fənnləriylə birlikdə botanika və biologiya dərsləri də alır. Çox qabiliyyətli idi anası, qısa hekayələr yazırdı. O dövrdəki zadəganlardan fərqli olaraq, yalnız fransız deyil, çox mükəmməl formada rusca da danışarmış. 1820-ci ildə Nikolay Sergeyeviç ölür və qızı Mariya tək qalır. 1824-cü ildə Mariya, Nikolay İliçlə qarşılaşır. Mariyanın atasının ölümündən sonra iqtisadi vəziyyəti pisləşməyə başlayır. Nikolay İliç isə zəngin bir adam idi. Görücü üsulu ilə evlənsələr də daha sonra çox aşiq olurlar bir-birinə.
   Lev, anası Mariya öldükdən sonra yetim qalır. Bütün uşaqlarda bunların izi görünür. Buna baxmayaraq, Tolstoy çox xoşbəxt olduğunu söyləyir və ətrafında onu həqiqətən də sevən insanların olduğunu dilə gətirir.
   Ana sevgisinə möhtac olması Tolstoy üçün fərqli bir ilham mənbəyi olur. Onun obrazını görürmüş. Həmişə aydın və işıq saçan gözlərindən bəhs edərmiş. “Uşaqlıq” adlı əsərində "çox istəyərdim onun əllərinin istiliyini hiss edəm, lakin hiss edə bilmədim" deyir.
   Ana həsrəti olmasaydı Tolstloyun əsərləri hansı istiqamətə yönələcəkdi, bilmirik.
  Biografiyanı yazanlar Mariya haqqında gözəl şeylər yazıb, ata Nikolayı həmişə ikinci planda buraxırlar. Tolstloyun atası yaxşı bir ovçu və at minicisi olub. Eyni zamanda yaraşıqlı və iqtisadi problemləri həll etməkdə mükəmməl baş quruluşuna və iti ağıla malik bir adam olub. Tolstoy atası üçün, "Çox qürurlu bir adam idi, heç boyun əymədi. Bu halını gördükcə daha çox bağlandım, onu daha çox sevdim. Amma öldükdən sonra necə sevdiyimi daha yaxşı anladım" deyir.
  Tolstoyun həyatında əhəmiyyətli rolu olan digər insan, xanımı Sofiyadır. 1862-ci ildə evlənirlər və Yasnaya Polyanada məskunlaşırlar. Evliliklərinin ilk zamanları çox gözəl keçir. Arvadı və Tolstoy bir çox ortaq yönləri olduğunu görür. Ferma həyatıyla maraqlanırlar; inək, toyuq saxlayırlar.
  Tolstoy pedaqogika ilə də maraqlanar. 1850-ci ilin sonunda kəndli uşaqları üçün bir məktəb açır. Lakin əvvəlcə kənd əhalisi ona güvənmir və uşaqlarını bu məktəbə göndərmirlər. Daha sonra Levin səmimi olduğunu görür və uşaqları məktəbə göndərirlər. Lev, məktəbin tədris planını özü hazırlayır, yaş fərqləri olan uşaqların hamısı eyni mühitdə təhsil alırlar. O, uşaqlardakı nadir cövhəri ortaya çıxarmağa çalışır. Rus dili, riyaziyyat, biologiya və botanika dərsləri verir. Uşaqlar böyüyəndə xatirələrini yazırlar və bu xatirələrdə Tolstoydan aldıqları təhsilin həyatlarına necə böyük təsir etdiyini yazırlar. Tolstoy pedaqoji sahədə biliyini inkişaf etdirmək üçün Avropaya gedir. Pedaqoji jurnal çıxarır. Ən əhəmiyyətli işini əlifba işləri sahəsində görür. Uşaqlar üçün, uşaq dilində əxlaqi və dini prinsipləri anladan əhvalatlar qələmə alır.
  Tolstoyun 13 uşağı olur, lakin beşi kiçik yaşda ölür. O, 60 yaşındaykən ən kiçik uşağı doğulur. Ən kiçik uşağı doğulana qədər uşaqlarıyla həmişə məsafəli bir əlaqəsi vardı, lakin Vanyayla oyunlar oynayar, çox maraqlanardı onunla. Vanya üçün, "həm şəxsiyyət kimi, həm də ədəbiyyat sahəsində mənim davamçımdır" deyərmiş Tolstoy. Vanya həqiqətən də çox qabiliyyətli imiş. Lakin yeddi yaşına çatmadan ölür. Bu ölümlə ailə böyük bir faciə yaşyır. Bundan sonra ailədə qara rənglər meydana gəlir. Tolstoyun şəxsiyyəti dəyişir, ər-arvad münasibətləri dəyişir və yazıçı mənəviyyata üz tutur. Yazılarında da fərqli şeylər yazmağa başlayır, dünya görüşü dəyişir.
  1910-cu ildə evidən çıxıb yola düşür, ailəsindən uzaqlaşmaq üçün yox; həqiqəti axtarmağa gedir. Astapovodakı qatar stansiyasında sətəlcəmdən ölmüş halda tapılır. Bir rəvayətə görə mindiyi qatar Konstantinapola gedirmiş. Çünki Sevastopol Döyüşündə türk əsirlərlə çox danışmışdır Tolstoy. Buradakı həyat, Quran haqqında çox məlumat toplamış və simpatiya bəsləmişdir.
  Bu gün Tolstoyun məzarı Yasnaya Polyanadadır, vəsiyyətinə uyğun olaraq. 1911-ci ildə həyat yoldaşı yaşadıqları evi bir muzeyə çevirir və Anna Kareninanı yazdığı otağı da ziyarətçilərə açır. O dövrdə Çara bu evin muzey statusu alması üçün müraciət olunsa da, bununla bağlı 1921-ci ildə qərar çıxır. Muzeyə kiçik qızı müdirlik edir. Bolşevik Qiyamı zamanı muzeyə zərər toxunmayıb. II Dünya Müharibəsində faşistlər bu muzeyi sığınacaq kimi istifadə edirlər. Nəvəsi, faşistlərin əlinə keçməsin deyə Tolstoyun əlyazmalarını şimala qaçırır. Müharibədən sonra da muzeylə bağlı çətinliklər ortaya çıxsa da Tolstoy ailəsi həmişə muzeyə sahib çıxır. Muzey getdikcə böyüyür, 1994-cü ildə 90 işçisi varkən bu gün muzeydə 584 personal çalışır. Bura yalnız bir muzey də deyil. Burda Tolstoy prinsipləriylə təhsil verən bir körpələr evi də var. Bu muzey dünyadakı bütün Tolstoylar üçün bir evdir. Uşaqlar üçün hər il düşərgələr təşkil edilir, ədəbiyyatla bağlı tədbirlər keçirilir. Bununla da Tolstoy, bütün nəsillərə tanıdılır.
  Tolstoy musiqiyə fərqli baxırdı: “Bütün sənətlərin fövqündə dayanan və duyğulara ən çox xitab edən sənət növüdür”, deyirdi. Musiqi dinləmələri Tolstoy ailəsinin evində ənənəvi bir hal almışdı. Evlərində ayrıca olaraq çox böyük bir not kitabxanası var idi.

Popular Posts

Recent Posts

Unordered List

Text Widget

Powered By Blogger
Dronqo Norway 2014©. Blogger tarafından desteklenmektedir.

Recent Posts

Facebook

Popular Posts